Kəngərlidə ağır qəza - Yaralılar var
22 Aprel 2024 19:30 HadisəKəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar xəbər verir ki, rayonun Qıvraq qəsəbəsində qeydə alınan hadisə zamanı Şərur rayon Yaycı kənd sakini, 1975-ci il təvəllüdlü Zeynalov Qabil Sabir oğlunun idarə etdiyi 68-BC-036 dövlət nömrə nişanlı avtomobil 74-BB-220 dövlət nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub.
Nəticədə Qaraxanbəyli kənd sakinləri - 1972-ci il təvəllüdlü Babayeva Sara Məhərrəm qızı və 1992-ci il təvəllüdlü Babayeva Rəxşəndə Elman qızı xəsarət alıblar. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31