Valyutadəyişmə məntəqəsinə qumbara atıldı, yaralananlar var
5 Yanvar 2023 18:27 HadisəŞəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atılıb.
Hadisə rayonun "Bazar" adlanan ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar. Hadisə zamanı 2 nəfərin yaralandığı deyilir.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Olaylar.az xəbər verir ki, hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.
Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31