Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az "report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qala qəsəbəsində avtomobil velosipedçi, 2001-ci il təvəllüdlü Ağalarov Məhəbbət Mürsəl oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31