Bakıda 18 yaşlı qız itkin düşdü
27 Avqust 2022 13:31 HadisəBakıda 18 yaşlı qız itkin düşüb.
Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə avqustun 25-də paytaxtın Yasamal rayonu, Ə.Abdullayev küçəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Səfərova Mənsumə Əhəd qızı həmin gün saat 17 radələrində yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31