"Nissan" ilə "Zaparojiç" toqquşdu - Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb.

Qəbələ rayon sakini, 1994-cü il təvəllüdlü Anar Səlimovun idarə etdiyi "Nissan" dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "Zaparojiç" maraklı avtomobillə toqquşub. Nəticədə, Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31