1 yaşlı uşaq yol qəzasında öldü
24 Avqust 2022 15:25 HadisəQobustan rayonunda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə avqustun 23-də saat 13 radələrində Qobustan rayonunun Nərimankənd kəndi ərazisində baş verib.
Abşeron rayon sakini S.Tağıyev idarə etdiyi "Toyota" markalı avtomobili beton arakəsməyə vurub. Nəticədə hadisə zamanı avtomobildə olan 1 yaşlı Tuncay Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31