Babadağda ölən şəxsin meyiti tapılaraq təhvil verilib
9 Avqust 2022 20:09 HadisəAvqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Olaylar.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparıblar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunub. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31