Aysuna qarşı dələduzluq edildi: "Yaxşı yerə ilişməmisən" - VİDEO

Müğənni Aysun İsmayılovaya qarşı TikTokda dələduzluq edilib.

Olaylar.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat verib.

Onun sözlərinə görə, canlı yayımda istifadə olunan jetonlardan satan bir istifadəçi 120 manatını ələ keçirib:

"Tiktokda jeton satan fırıldaq, səni biabır edəcəyəm. Sən yaxşı yerə ilişməmisən. Söhbət məbləğdən getmir. Dünən bu ... bizdən jeton adı ilə 120 manat pul alıb, indi nə jeton var, nə də özü. Elə bilirsən ki, səni tapa bilmərik?"

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31