İran rejimi təşvişdə: Güney Azərbaycan şəhərlərinə qoşun yeridildi

Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərində əlavə təhlükəsizlik qüvvələri yerləşdirilib.Bakupost.az xəbər verir ki, bu barədə Iran International Güney Azərbaycanın Siyasi Məhbuslarını Müdafiə Assosiasiyasına istinadən məlumat yayıb.Bildirilir ki, təhlükəsizlik qüvvələri və İran İslam Respublikasının hərbi birləşmələrinin müşahidə olunduğu bu şəhərlərdə xüsusi xidmət orqanlarının regional bölmələri siyasi və ictimai fəallara zəng edərək onları etiraz aksiyalarında iştirak etməməyə çağırır.Hüquq-mühafizə orqanlarının nümayəndələri Cənubi Azərbaycanın ictimai-siyasi və mədəni fəallarını hədələyir və onların etirazlarda iştirakına mane olmağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31