Xamneinin qardaşı qızına HÖKM OXUNDU
9 Dekabr 2022 21:18 GüneyXamneinin qardaşı qızına hökm oxunub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Tehran məhkəməsi Fəridə Muradxanini 15 il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Fəridə Muradxani noyabrın 23-də xalq etirazlarının dağıdılması zamanı insan hüquqlarının pozulması səbəbindən sosial mediada videomüraciət edib. O, beynəlxalq ictimaiyyəti İran rejimi ilə əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib. F.Muradxani həmçinin demokratik ölkələri İrandakı səfirlərini geri çəkməyə və İran diplomatlarını ölkələrindən qovmağa çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31