İran Azərbaycanda məzhəblər arasında qarşıdurma yaratmaq istəyir - ÖZƏL

Dünən SEPAH komandanın müavini, İran ordusunun iki nömrəsi, general Əli Fədavinin "Biz Azərbaycan Respublikasına şiə ölkəsi kimi baxırıq. Bir qayda olaraq orada Azərbaycanın şiə əksəriyyətinə xüsusi diqqət yetirən bir hökumət olmalıdır" fikrini səsləndirməsi, generalın molla rejiminin diliylə danışdığının sübutudur və rejimin Azərbaycanda məhz məzhəblər arasında qarşıdurma yaratmaq niyyəti olduğunun göstəricisidir.

Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, ancaq general Əli Fədavi və onun ipini tutan rəhbərləri yaxşı bilməlidir ki, Azərbaycan bütün dinlərin və dini icmaların birgə sülh, qarşılıqlı hörmət prinsipləri əsasında fəaliyyət göstərdiyi nadir ölkələrdən biridir və dövlətimiz bütün dinlərin fəaliyyətlərini dahada rahat icra etməkləri üçün mütəmadi olaraq yeni məscidlər, kilsələr, sinaqoqlar tikir, olanları əsaslı şəkildə təmir etdirir:

"Azərbaycan həmçinin İranın qardaş xalqı olan ermənilərin Qarabağda viran qoyduğu, içində donuz saxlamaqla dinimizi təhqir etdiyi məscidləri yenidən tikir və təmir edir. Əvəzində isə Tehran rejimi Ermənistanı silahlandırmaqla müsəlman ölkəsi olan Azərbaycana qarşı yeni müharibəyə və təxribatlara hazırlayır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31