İran hicab taxmayan qadınlara yeni qadağalar tətbiq edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, İran hicab geyinməmiş və ya düzgün olmayan şəkildə yaxalanan qadınların bank hesablarının dondurulmasını təklif edib . Bu barədə İranın " Donya-e-Eqtesad " qəzeti məlumat yayıb.

Onlar hesab edir ki, belə bir tədbir ölkədə etirazların dayandırılmasına kömək edəcək və iranlı qadınlar düzgün hicab taxmağa başlayacaqlar.

Hicab taxma qaydalarının pozulması halında həbslərə əl atmağa ehtiyac yoxdur. Millət vəkili qanunu pozanlara yazılı xəbərdarlıq edilməsini, təkrar pozuntu halında isə artıq onların bank hesablarının bloklanmasını təklif edib.

Bundan əvvəl İran hakimiyyəti ölkədə əxlaq polisini ləğv edib. Qərar ölkədə iki aydan çox davam edən etiraz aksiyalarından sonra qəbul edilib. Kütləvi iğtişaşlar Tehranda əxlaq polisi tərəfindən səhv hicab geyindiyinə görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb  . O, həbsindən bir neçə gün sonra dünyasını dəyişib.

İran parlamenti hicabın məcburi geyinilməsi məsələsini araşdıracaq ayrıca mədəniyyət şurası yaradıb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31