Güney Azərbaycandakı soydaşlarımızın haqqının tapdanmasına son qoyulmalıdır - Deputat

"Rusiya Müdafiə Nazirliyinin Tərtərin Ağdərə qəsəbəsini, Xankəndini, Xocavəndi burada səsləndirmək istəmədiyim eybəcər adlarla təqdim etməsi də göstərir ki, Moskvadakılar həmən siyasətin nə dərəcədə ədalətsiz olması cəhənnəm, necə öz əleyhlərinə də işlədiyindən hələ də nəticə çıxarmayıblar.  Mən Qarabağda MÜVƏQQƏTİ hərbi kontingenti  yerləşən Rusiya başda olmaqla oradakı hayların hüquq, azadlıq və təhlükəsizliklərinin təminindən ağızdolusu dəm vuranlardan soruşmaq istəyirəm, bəs Ermənistanda etnik təmizləməyə uğrayan azərbaycanlılar haqda nə fikirləşirlər? Yoxsa bizim beynəlxalq hüquqla təsdiqlənən "right to homeland", yəni Vətən haqqımız tanınmır? " "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahıb Alıyev bildirib. Qeyd edib ki, heç kim unutmamalıdır ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinə məhz dekabrın 5-də başlanması elə-belə deyildi. Haylar da, onlara geosiyasi alət kimi yanaşanlar da anlamalıdırlar ki, biz BMT qətnamələrini necə özümüz yerinə yetirdiksə, beynəlxalq hüquqa dayanaraq  Vətənə dönüş haqqımızı da o cür  reallaşdıracağıq: "Yeri gəlmişkən, dünəki təlimlərdə bəzi səhnələr  İranın keçirdiklərinə cavab təsiri bağışlasa da, fikrimcə, bu cavab deyil, cavab  hələ qarşıdadır.  Bu təlimlərlə regionun geosiyasi mənzərəsinin dəyişməsinə imkan verməyəcəklərini deyənlərə başa salınır ki, bizə düşməncəsinə yanaşanların heç cür arzulamadıqları o  geosiyasi mənzərə artıq mövcuddur. Eyni zamanda baş örtüsünü düz bağlamadığına görə gənc qızı qətlə yetirdən, məscid dağıdanlarla isə qol-boyun olan dinsiz rejimə xəbərdarlıq edilir ki, Güney Azərbaycandakı soydaşlarımızın haqqının tapdanmasına son qoyulmalıdır. Onlar dil, təhsil və həyat tərzi seçimlərində azad olmalıdırlar.

Rəsmi Tehran cənab Prezidentin  bu tələbi Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvəsində də səsləndirməsindən düzgün nəticə çıxarmalıdır. Fars şovinistləri təkcə Güney Azərbaycanda deyil, bütövlükdə  İranda yaşayan soydaşlarımıza qarşı  yeritdikləri indki siyasəti davam etdirdikləri  təqdirdə, əsl cavab necə olur, görəcəklər. Və bu, təkcə Azərbaycanın cavabı olmayacaq.

İndi Ermənistan adlanan yurd yerlərindən didərgin salınanlar da, Güneydə haqları tapdanan soydaşlarımız da bilməlidirlər ki, bizim cənab İlham Əliyev kimi liderimiz, güclü Silahlı Qüvvələrimiz və ordumuz ordusu, ordusu ordumuz olan Türkiyəmiz varsa, demək, Vətənə də dönəcəyik, o taydakı  Azərbaycanı da orada yaşayanlar necə arzulayırsa, elə də görəcəyik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31