İranda etirazlar idarəolunmaz məcrədadır - ÖZƏL
6 Dekabr 2022 12:40 Güney"İranda bir müddətdir ki, başlayan etiraz aksiyaları artıq idarə olunmaz məcradadır və rejim cavab tədbirləri kimi etirazçılara qarşı odlu silahlardan istifadə edir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, yaranmış bu situasiya ölkədə vətəndaş müharibəsi və parçalanma risqini artırır: "Rejim xarici siyasətdə manevrlər etməklə, Azərbaycana qarşı hərbi təlimlər keçirmək, Səudiyyə Ərabistanını müharibə ilə təhdid etmək, Şimali İraqa hərbi zərbələr endirməklə bir növ hədəf dəyişdirmək siyasəti etmək istədi. Lakin görünən odur ki bütün bunlar heç bir fayda vermədi. Əksinə etirazların miqyası daha da genişləndi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31