İran xalqlar həbsxanasıdır - ÖZƏL

"İran böyük coğrafiyanı əhatə edən və etnik tərkib baxımından zəngin bir ölkədir. Ancaq son dövrlər İranda rejimdən narazı xalq tərəfindən kütləvi şəkildə etiraz aksiyaları keçirilir. Aksiyaların başlama səbəbi əxlaq polisi tərəfindən öldürülən Mahsa Amini faktoru olsa da, əslində hadisələrin kökündə daha geniş səbələr yatır".

Bu fikirləri "OLAYLAR"-a səsləndirən Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi  Pərviz Mirizadə deyib ki, ilk növbədə etirazlara səbəb milli-etnik ayrıseçkilikdir: "İran xalqlar həbsxanasıdır və rejim ölkədə assimiliyasiya siyasəti həyata keçirərək farslaşdırma  siyasəti yürüdür.  İkincisi,  iqtisadi problemlər. Bilindiyi kimi İran dünyanın ən böyük enerji resurslarına sahib ölkələrdən biridir. Ancaq  rejimin yalnış xarici siyasəti səbəbindən bu qədər imkanlara baxmayaraq xalq sosial problemlər məngənisində boğulur. Üçüncüsü,  dini  rejim. Bilinən başqa reallıq isə rejimin din adı altında özünün çirkin və məkirli əməllərini icra etməsidir. Bu üç faktor etirazların miqyasının genişliyinin səbəbləridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31