İranın məğlubiyyətinə sevinən gənc BAŞINDAN GÜLLƏLƏNDİ

İran polisi Qətərdə keçirilən dünya çempionatında milli komanda mübarizəni dayandırdıqdan sonra bir futbol azarkeşini güllələyib.

Olaylar.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Məlumata görə, buna səbəb 27 yaşlı Mehran Samakın millinin uğursuzluğuna həddən artıq reaksiya verməsi olub.

Hadisə Tehranın şimal-qərbində - Ənzəli şəhərində baş verib. İran millisi ABŞ-a 0:1 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub. Avtomobilində telefonu ilə canlı yayımı izləyən Samak aramsız siqnal verməyə başlayıb. Polis bu reaksiyaya cavab olaraq onu güllələyib. Başından ağır yara alan Samakın həyatını xilas etmək mümkün olmayıb.

Ehtimal olunur ki, hüquq-mühafizə orqanları onun hərəkətlərinin hakimiyyət əleyhinə aksiya kimi qiymətləndirib. Belə ki, həmin vaxt hökumət əleyhinə nümayişçilər milli futbol komandasının dünya çempionatını tərk etməsini  qeyd edirdilər.

Samakın dəfn mərasimi çərşənbə günü keçirilib. Dəfn mərasimində iştirak edənlər İran hakimiyyəti əleyhinə şüarlar səsləndiriblər.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31