İranda etirazlar zamanı 1700 Cənubi azərbaycanlı gənc həbs edilib
30 Noyabr 2022 12:25 Güneyİranda sentyabrdan başlayan etirazlarda 1700 nəfər Cənubi azərbaycanlı gənc həbs edilib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Fransada yaşayan Ərk İnsan Haqları Müdafiə Komitəsinin sədri, əslən Cənubi azərbaycanlı Jalə Təbrizli bu gün keçirilən "Urmu gölünün harayı" adlı dəyirmi masada çıxış edərkən bildirib.
O qeyd edib ki, etirazlarda Cənubi Azərbaycandan olan bir gənc qız güllə ilə qətlə yetirilib.
"Ümumilikdə isə ildə təqribən iki-üç min Cənubi azərbaycanlı fəal həbs edilir. İranda tutulan gənclərin ailələrini qorxudurlar ki, o gənclərin adlarını bizə - Ərk İnsan Haqları Müdafiə Komitəsinə verməsinlər. Biz BMT-də təmsil olunuruq və çəkinmədən sözümüzü deyə bilirik",- deyə J.Təbrizli əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31