İrandakı aksiyalarda Qərb ölkələrinin vətəndaşları da saxlanılıb

İrandakı aksiyalar zamanı Qərb ölkələrinin vətəndaşları da həbs olunub. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani açıqlayıb. 

"İğtişaşlarda çox sayda Qərb ölkələrinin vətəndaşları iştirak edib və onlardan bəziləri həbs olunub", - deyə Kanaani qeyd edib. 

Xatırladaq ki, "Iran Human Rights" təşkilatının məlumatına görə isə, İranda cari ilin sentyabrından davam edən etirazlar zamanı 400-dən çox şəxs həlak olub. Təşkilat sözügedən şəxslərin 50-dən çoxunun uşaq olduğunu qeyd edib. 

İranda aksiyalar zamanı 10 mindən çox şəxs isə saxlanılıb ki, onlardan da 6 nəfər barəsində artıq ölüm hökmü qərarı verilib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31