İranın parçalanmaq ehtimalı yüksəkdir - ÖZƏL

"İndi Ermənistan həm İran, həm də Fransa üçün bir maşa rolunu oynayır. Hələlik maşa ilə isti odunun kim tərəfindən götürüləcəyi bilinmir. İranda isə parçalanmaq ehtimalı yüksəkdir". Bunu "Olaylar"a deyən Milli Vəhdət Partiyasının sədri, yazıçı-publisist Yunus Oğuzun sözlərinə görə, orada etnik və dini azlıqların sosial problemləri boğaza qədərdir: "Faktiki olaraq teokratik bir dövlət ağeyi dəccalın  (şeytana xidmət edənlər) diktəsini icra edir. Azərbaycan isə İrandan fərqli olaraq demokratik dövlətdir. O taydan da saytlarımıza girib görürlər ki, burada kimi istyirsən tənqid etmək olur, fikri sərbəst şəkildə çatdırmaq mümkündür. İnsanlar naziri, prezidenti də tənqid edə bilirlər.  Amma İranda bir kəndxudanı tənqid etsən səni gecə ilə apararlar. Xaricə qacan insanlar da görürlər ki, Azərbaycanda hər kəs sərbəst yaşayır, kim istəyirsə baş örtüyündən istifadə edir, istəməyən isə saçını kəsdirir. İnsanlar azad cəmiyyət istəyirlər. Dini və sosial problemlərin qabardılması, insanların məşğulluq probleminin həll olunmaması, onların kütləvi şəkildə xaricə qaçması əməlli-başlı problemə çevrilib. İran narkotik vasitələrini Azərbaycana ixrac etdiyi kimi öz əhalisinə də tətbiq edir. Başqa sözlə, İran əhalini narkotiklə idarə etmək istəyir. Xalq isə belə idarə üsulundan bezib. Təbii ki, heç bir valideyn istəməz ki, övladları narkotikə qurşansın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31