Zorakılıq metodları ilə etirazların yatırılması baş versə belə, vaxtaşırı bu prosesin qığılcımları müşahidə olunacaq - ÖZƏL
17 Noyabr 2022 14:37 Güney"İranda Məsha Əminin baş örtüyünün düzgün taxılmaması səbəbindən onun saxlanılması və daha sonra vəfat etməsi çox ciddi rezonans doğurdu və hələ də İranda ictimai-siyasi vəziyyət gərgin olaraq qalmaqdadır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Etirazçılar artıq İranın bütün bölgələrinə yayılıb. Düşünürəm ki, bu etirazlar da bir məntiqi sonluqla nəticələnməlidir. Çünki hətta güc bahasına, zorakılıq metodları ilə etirazların yatırılması baş versə belə, vaxtaşırı bu prosesin qığılcımları müşahidə olunacaq.
Bu prosesin həm də yeni bir transformasiya keçmək ehtimalları da güclüdür. Çünki İran hökumətində insan hüquq və azadlıqları pozulur və zorakılıq əlamətləri geniş müşahidə olunmaqdadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31