Güney Azərbaycana dəstək davamlı olmalıdır - ÖZƏL
17 Noyabr 2022 12:01 Güney"Azərbaycanın şimal hissəsindən Güney Azərbaycana olan dəstək siyasətinin davam etdirilməsini arzulaylırıq". Belə bir açıqlama ilə çıxış edən əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu "OLAYLAR"-a bildirib ki, xüsusilə kütləvi informasiya vasitələri bu prosesdə fəallıq nümayiş etdirməlidir: "Mediadan istəyimiz odur ki, Güney Azərbaycanda baş verənləri geniş şəkildə işıqlandırsın, xalqı orada baş verənlər barədə ətraflı olaraq məlumatlandırsın".
Rəhim Sulduzlu hesab edir ki, istər siyasi, istərsə də media sahəsində göstərilən dəstək Güney Azərbaycanın daha parlaq gələcəyinə zəmin yarada bilər: "Ona görə də bu gün adını azərbaycanlı, yaxud Azərbaycan türkü qoyan hər bir insanın milli və mənəvi bircudur ki, Güney Azəırbaycanda yaşayan 40 milyonu dəstəkləsin.. Nəticə etibarilə güney azərbaycanlılar da qısa zamanda müsbət nəticələr əldə etmiş olsunlar".