İranda terror aktında 5 nəfər ölüb
16 Noyabr 2022 22:48 Güneyİranın cənub-qərbində yerləşən Xuzistan vilayətininn İzə rayonunda terror aktı nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti valisinin müavini Vəliyulla Həyati deyib.
Onun sözlərinə görə, terrorçular iki motosikletlə vətəndaş və polislərə atəş açıblar.
Həyati bəzi yaralıların vəziyyətinin ağır olduğunu deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31