İran raket və pilotsuz təyyarələrlə İraq kürdlərinə hücum edir? - ÖZƏL

İran İslam İnqilabı Keşikçiləri Korpusu İraqın şimalında kürdlərin mövqelərinə hücum edib. 

Olaylar.az xəbər verir ki, bu, SEPAH quru qüvvələrinin Şimali İraqda separatçı terrorçu qruplara qarşı həyata keçirdiyi ikinci irimiqyaslı əməliyyatdır.
"Ballistik raketlər və pilotsuz təyyarələrdən istifadə edilməklə həyata keçirilən hücum zamanı İraqın şimalında terrorçu qrupların qərargahları və qərar qəbuletmə mərkəzləri vurulub" - verilən məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31