İran bölgədə zərərli radikal dini ideologiyanı təbliğ edərək terrorçuluq fəaliyyəti həyata keçirir - ÖZƏL

"İran bu ölkədə yaşayan vətəndaşların hüquqlarını ciddi şəkildə pozur və orada artıq uzun müddətdir davam edən etirazlar məhz bununla bağlıdır. Təbii ki, bu İranın daxili işi sayıla bilməz və hüquqları pozulanlar arasında əslən azərbaycanlılar çoxluq təşkil edir və bizim həmvətənlərin öz dilində təhsil almaq hüquqları illərdir İrandakı molla rejimi tərəfindən ciddi şəkildə pozulur". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, iyirmi birinci əsrdə sərt islam rejim üsul idarəsi ilə insanların hüquq və azadlıqlarının pozulması qətiyyən yolverilməzdir: "İran molla rejiminin tətbiq etdiyi qadağalar artıq orada yaşayan əhali arasında ciddi narazılığa səbəb olub. Üstəlik bu rejimin mahiyyəti artıq heç kimə sirr deyil və bütün dünyaya məlumdur ki, İran bölgədə zərərli radikal dini ideologiyanı təbliğ edərək terrorçuluq fəaliyyəti həyata keçirir və sabitliyi pozmağa çalışır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31