İran həmişə Azərbaycanın inkişafından qorxub - ÖZƏL

"İranın Azərbaycan siyasəti müstəqillik illərimizdən bu yana eyni tempdə davam edib".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

"İran həmişə Azərbaycanın inkişafından qorxub, bunu özünə təhlükə bilib və bu səbəbdən də hər zaman anti-Azərbaycan siyasəti həyata keçirib. Bu gün də bu davam edir. Ancaq əvvəllər gizli şəkildə davam edən Azərbaycan əleyhinə qərarlar, indi rəsmi Tehran tərəfindən açıq şəkildə təşkil olunur. Çünki İran fərqindədir ki, Qarabağdakı tarixi zəfər həm İranın illərdir Azərbaycana qarşı istifadə etdiyi erməni kartını sıradan çıxarıb, həm də zəfərdən sonra Cənubi Azərbaycanda da milli özünəinam və milli özünüdərk artıb. İndi Tehranda çalışırlar ki, maksimum şəkildə tez və effektiv bir formada Azərbaycanı Qarabağ zəfərinə görə "peşman etsinlər". Təbii ki, bütün bunlar Bakıda görülür və rəsmi Bakı öz maraqlarını qorumaq üçün beynəlxalq tərəfdaşları ilə daha sıx əlaqələr qurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31