İranın Ermənistanla yaxınlaşması onun Ermənistan sevgisindən və türk, müsəlman nifrətindən irəli gəlir - ÖZƏL
11 Noyabr 2022 12:11 Güney"Hesab edirəm ki, İran-Ermənistan münasibətləri sırf türk-İslam dünyasına qarşı çevrilmiş bir münasibətdir ".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"İran tərəfinin Ermənistanın yanında olması türk dünyasının parçalanması kimi qələmə verilir. Zəngəzur dəhlizi prosesi də onunla bağlıdır. Yəni, İranın bu cür şivən hərəkətləri ondan xəbər verir ki, deməli, İran Zəngəzur dəhlizinin açılmasını qəbul etmək istəmir və bu da türk dünyasının parçalanması istiqamətində atılan addımlardandır. İran dolayısıyla həm də Rusiyanın və Fransanın əlinə oynayır. Bu baxımdan hesab edirəm ki, İranın bu gün həm də Ermənistanla təlimlər keçmək istəməsi, Ermənistanla iqtisadi artımı sürətləndirməklə bağlı qərar qəbul etməsi, eyni zamanda, Ermənistanla siyasi əlaqələr qurması və onları genişləndirməsi, konsulluğun açılması məsələsi və s. hər biri İranın Ermənistan sevgisindən və türk, müsəlman nifrətindən irəli gəlir".