İran ya bir neçə dövlətə parçalanacaq, ya federativ formaya keçəcək, ya da... - ÖZƏL
11 Noyabr 2022 12:08 Güney"İrandakı vəziyyət getdikcə artan xətt üzrə davam edir və gözlənilir ki, bu proses hələ bundan sonra da uzun müddət davam etsin, hətta İranın parçalanmasına qədər gəlib çıxartsın".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"Bu proses üç variantdan biri kimi də formalaşa bilər. Bu həm də Cənubi Azərbaycanla bağlıdır. İran ya bir neçə dövlətə parçalanacaq, ya federativ formaya keçəcək, ya da indiki molla rejimi əsaslı şəkildə kökündən silkələnəcək və beləliklə də artıq İran əvvəlki vəziyyətini ala bilməyəcək. Bu İranın daxilində olan prosesdir. Çünki İranın daxilində təkcə Azərbaycan türkləri deyil, eyni zamanda, ərəblər, əruzlar, kürdlər və digər etnik qruplar hər biri artıq bu proseslərə qoşulublar və bu proses getdikcə artan xətt üzrə davam edir".