İnqilabla hakimiyyətə gəlib, inqilabdan qorxan molla rejimi - ÖZƏL
11 Noyabr 2022 09:50 Güneyİnqilabla hakimiyyətə gəlib, inqilabadan qorxan molla rejimi-ÖZƏL
"Artıq bir müddətdir ki, İran ətrafında cərayan edən proseslər dünya gündəmi və ölkəmizdə əsas müzakirə obyektinə çevrilmişdir. Əksər media nümayəndələri, analitiklər, ekspertlər, dövlət xadimləri və s, İranda baş verən hadisələr haqda təhlillər aparır, fikirlər səsləndirir. Haqlı olaraq bizlərdə qonşu dövlətdə cərayan edən prosesləri yaxından izəyir və fikirlərimizi bu mövzu ətrafında fokslamışıq. Digər ölkələrdən fərqli olaraq İran ətrafında və daxilində baş verən proseslər bizim üçün daha əhəmiyyətli və həssas yanaşma tələb edir . Çünki bu ölkədə 30 milyondan çox soydaşımız yaşayır, onların həyatı, təhlükəsiz yaşamaqları dövlətimiz və xalqımız üçün vacib bir məsələdir".
Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, İran mövzusunu təhlil edərkən iki əsas istiqamətdən yanaşmaq lazımdır:
"Birincisi, fars rejiminin yürütdüyü xarici siyasət, ikincisi, daxili siyasət . İkinci dünya müharibəsindən sonra şah rejimi ölkədə olan xarici qüvvələri cox çətinliklədə olsa çıxartmağı bacardı və ölkə daxili prosesləri, xüsusi ilə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvəri öndərliyi ilə qurulan Milli Hökümətə qarşı amansız qırğınlar edərək Milli Höküməti ləğv edib bir mərkəzdən, Tehrandan idarə olunan vahid İran dövlətini formalaşdırdı. Şah rejimi zahirən güclü görsənib, ABŞ- ın regionda ən böyük müttəfiqi halına gəlsə də, daxildə olan zidiyyətlər gün keçdikcə artmağa başladı. Nəticədə 1979- cu il inqilab baş verdi, inqilaba öndərliyi Franasadan xüsusi reyslə gətirilən Ruhullah Müsəvi Xomeyni rəhbərlik etdi. Məhz İslam İnqilabının pərdə arxası məqamları Fransa ilə bağlığı aşikardır. Daha sonra ölkədə mollaların idarəçiliyi altında hakimiyyət formalaşdı və ölkə şəriət qanunları ilə idarə olunmağa başladı. Lakin bu qanunlar dini yox mollaların istəyi ilə, onların mənafeyinə uyğun şəkildə tətbiq olunmağa başladı. İran çox uluslu bir ölkədir. Ölkənin əsas etnik tərkibini Azərbaycanlılar və Farslar təşkil edir. Digər etnik qruplarda kifayət qədər ciddi saya malikdir.Lurlar, kürdlər, mazandaranlar, bəlucular, ərəblər, türkmənlər və digər türk tayfaları. Lakin, fars- molla rejimi hər zaman fars kökənli əhalinin maraqlarını daha üstün tutub və digər xalqları, xüsusi ilə Azərbaycanlıların hüqüqlarını kobud şəkildə pozaraq soydaşlarımıza qarşı aparteid siyasəti həyata keçirmişdir.Dini spikuliyasiyalar edən rejim bu üsulla insanları yayındırmaq və özlərinin çirkin əməllərini ört-bastır etmək siyasəti güdmüşdür. Ancaq kobud şəkildə hüquqları pozulan insanlar zaman-zaman rejimə qarşı etirazlarını bildirmişdir. Bu gündə məhz fars rejiminin əməllərinə etiraz olaraq ölkənin hər yerində, xüsusi ilə Güney Azərbaycanda soydaşlarmız aksiyalar edir və bu situasiya yeni bir inqilaba doğru irəliləyir. Artıq İranda inqilab abu-havası yaşanmaqdadır".
AVP rəsmisi deyib ki, daxildə yarıtmaz siyasət həyata keçirən fars rejimi, eyni məntiqlə hərəkət edərək xarici siyasətini də ziddiyətlər üzərində qurmuşdur:
"İranının qonşu dövlətlərə qarşı münasibəti, beynəlxalq müstəvidə özünə edindiyi mövqe birmənalı deyil. Molla rejimi regionda sabitliyin olmasında maraqlı deyil. Bu niyyətlə bir çox teror qruplaşmaları yaradır, onların fəaliyyət istiqamətlərini təyin edərək qonşu dövlətlərə qarşı bu paramilitar, radikal qruplardan istifadə edir. Sübut olaraq İraq, Suriya, Yəmən, Livan, Türkiyə və bir neçə gün öncə ölkəmizdə xüsusi əməliyyatla həbs edilən qruplaşmaları göstərmək olar. İran bu qruplaşmaları yaradır və işini təşkil etmək üçün milyardlarla vəsait xərcləyir. Gəlin regiona nəzər yetirəyin, bu kimi fəaliyyət göstərən ikinci bir dövlət varmı? cavab xeyr. Öz xalqını illərdir səfalətə düçar edən molla rejimi, xalqdan oğurladığı vəsaitlərli bariz formada özünün qaranlıq işlərinə sərf edir. Son dövrlər xarici siyasətdə daha da, aqressivləşən Tehran qonşu dövlətləri xüsusi ilə Azərbaycan, İraq və Səudiyyə Ərəbistanını müharibə ilə təhdid edir. Bununla mollalar daxildə baş verən prosesləri başqa məcraya daşımaq məqsədi güdür. Ancaq görülən real mənzərə, hadisələrin sonunun fars rejimi üçün müsbət sonluqla nəticələnməyəcəyidir".