İranda proseslər rejimin tam yıxılmasına doğru gedir - ÖZƏL

"İranda proseslər rejimin tam yıxılmasına doğru gedir". Belə bir açıqlama ilə çıxış edən əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu "OLAYLAR"-a deyib ki, artıq etiraz aksiyalarının Güneydə daha mütəşəkkil xarakter alması fars-molla rejimini ciddi şəkildə narahat edir. Rəhim Sulduzlu onu da deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin son zamanlar Azərbaycanın Güney hissəsindəki azərbaycanlıları dəstək məqsədilə fikirlər səsləndirməsindən sonra artıq Güney Azərbaycanlılar özlərini yalqız hiss etmirlər: "Artıq Güney azərbaycanlılar arxalarında müstəqil, güclü Azərbaycan dövlətinin olmasını çox məmnunluqla qarşılayırlar. Bunun göstəricisidir ki, başda Təbriz, Ərdəbil olmaqla Güney Azərbaycanın bir çox şəhərlərində aktivlik bir qədər də artıb. İnşallah, bu aktivlik yaxın vaxtlarda öz məntiqi sonluğuna çatacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31