Təbrizli qız işgəncəyə məruz qaldı, vəziyyəti ağırdır - FOTO

Güneyli qadın İranda işgəncəyə məruz qalıb. Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, azərbaycanlı gənc fəal Səkinə Pirana işgəncə verilib. Ondan məcburi etiraf alınması üçün döyüldüyü bildirilib.

Əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onun ailəsinin verdiyi məlumata görə, 7 günlük dindirmədən sonra Təbriz zindanına köçürülən fəalın səhhəti ağırdır və müalicəsinə icazə verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31