İran etirazları yatırmaq üçün terror təşkilatlarından istifadə edəcək - ÖZƏL
5 Noyabr 2022 14:49 Güneyİran adlanan dövlət xalq kütlələrinin etirazlarını yatırmaq üçün Tehran tərəfindən maliyyələşdirilən beynəlxalq terror təşkilatlarının imkanlarından istifadə etməyi düşünür. Belə bir açıqlama ilə çıxış edən güneyli fəal, Güney Azərbaycanın Sulduz şəhərindən olan Rəhim Sulduzlu "OLAYLAR"-a bildirib ki, bu sırada rejim Livan və İraqdakı terror təşkilatlarını İrana cəlb etmək istəyir: "Bizdə olan məlumata görə, bu sırada ilk yerdə Livandakı "Hizbullah" terror təşkilatının adı çəkilir. Elə sözügedən terror təşkilatının rəhbəri Həsən Nəsrullahın da İranı nəzərdə tutaraq "Biz onları yalnız buraxmarıq" deyə ifadə işlətməsi onu deməyə əsas verir ki, İran rejimi etirazları yatırmaq üçün terror təşkilatlarından istifadə edəcək".
Rəhim Sulduzlu deyib ki, buna səbəb çoxmilyonlu etirazçı xalqın qarşısında İranın bu və ya digər güc qurumlarının aciz qalmasıdır.