İran rejimi etirazlardan çıxılmaz vəziyyətə düşüb - ÖZƏL
5 Noyabr 2022 12:59 Güney"İranda baş verən xalq etirazlardan mövcud rejim çətin duruma, çıxılmaz vəziyyətə düşüb. Əgər əvvəlki illərdə baş verən etiraz aksiyaları yalnız bir neçə şəhəri əhatə edirdisə, bu dəfə bu etirazlar bütün ölkə boyu baş verir. Ona görə də İran rejimi olduqca çətin durumla üzləşib". Bu fikirləri "OLAYLAR"-a İsveçrədə yaşayan və əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu səsləndirib. O bildirib ki, hazırda İran hakimiyyəti yalan məlumatlar, televiziya vasitəsilə arxiv materialları yaymaqla xalqı və dünyanı aldatmağa çalışır: "Eyni videomaterial televiziyalarda İranın bir neçə əyalətində, iri şəhərlərində xalq hakimiyyəti dəstəkləyir adı altında nümayiş olunur. Bu da onu deməyə əsas verir ki, rejim ciddi təşviş içərisindədir".
Rəhim Sulduzlu qeyd edib ki, İran adlanan ölkədə mövcud hakimiyyətin son 43 ildə yürütdüyü yalnış siyasət, xalqı görməməzlikdən gəlməsi, ona zülm etməsinin nəticəsidir, artıq etirazlar bütün ölkə boyunu əhatə edib: "Başda Teehran olmaqla İranın böyük bir şəhər və vilayətlərində xalq qəzəbi şəkildə küçələrə çıxaraq diktatora ölüm, Xomneyiyə ölüm şüarları səsləndirirlər".