İran zaman-zaman məzhəbçilik üzərindən Azərbaycana təsir etmək istəyib - ÖZƏL
5 Noyabr 2022 11:45 GüneyDövlət Təhlükəsizlik Xidmətinin bu günlərdə həyata keçirdiyi əməliyyat istintaq tədbirıəri nəticəsində İran xüsusi xidmət orqanlarına işləyən bir neçə nəfərin həbs edilməsi bir daha sübut edir ki, Tehran Bakıya qarşı məkirli planlar qurur və dövlətimizə zərbə vurmaq üçün istənilən vasitədən istifadə edir. Siyasi ekspert Çingiz Şahbazi "OLAYLAR"-a deyib ki. İran Azərbaycan qarşı zaman-zaman məzhəbçilik üzərindən təsir etməyə can atıb. Onun sözlərinə görə, lakin Azərbaycanın, onun hüquq-mühafizə orqanlarının vaxtında həyata keçirdiyi tədbirlər bu kimi məkirli planları dəf edib: "Bütün bunlar İranın din və məzhəb üzərindən ikiüzlü siyasət yürütdüyün göstəricisidir. Bu səbəbdən də artıq Azərbaycanda İranın səmimiyyətinə inanan məhdud sayda adamlar var".