İranın fəaliyyəti Azərbaycana qarşı yönəlib? - ÖZƏL
5 Noyabr 2022 10:56 Güney"İranın Azərbaycan siyasəti artıq hər kəsə bəlli oldu. Belə demək mümkünsə, artıq maskalar cırıldı və biz real üzlərlə qarşılaşdıq. Nədənsə 30 ildir davam edən işğal müddətində İran tərəfinin bu qədər aktiv siyasət yeritdiyini görə bilmədik. Ancaq Azərbaycan tərəfi işğala son verib, bölgədə real-siyasi status-kvonu öz əlinə aldığı zaman İran da fəallaşmağa başladı. Həm də bu fəaliyyət Azərbaycana qarşı yönəlib".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Buna bir çox nümunələri misal çəkmək olar ki, elə ən son hadisələr kifayətdir. İran rəsmilərinin Bakıya səfəri təxirə salınıb, ancaq qarşılığında İrandan Ermənistana diplomatik təmaslarda artım müşahidə olunub. Bütün bunlar isə, Ermənistan Baş naziri Nikol Paşinyanın İrana səfərindən sonraya təsadüf edib".