"Təbrizdə də Ermənistanın baş konsulluğu açılacaq" - Abdullahian

"Tehran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir".

Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qafan şəhərində baş konsulluğun açılışında deyib.

Abdullahian Təbrizdə də Ermənistanın baş konsulluğunun açılacağını bildirib:

"İran hökumətinin qarşılıqlılıq prinsipi əsasında Təbrizdə Ermənistanın Baş Konsulluğunu açmağa hazır olduğunu xatırlatmaq istərdim".

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31