İranın hərəkətlərində Azərbaycan və Türk düşmənçiliyi açıq şəkildə görülməkdədir - ÖZƏL
21 Oktyabr 2022 15:01 Güney"İran, Zəngəzur mahalı, Qafan şəhərində konsulluq binasının açılışını etdi. Bu, bizə görə bir şeyi dəyişməz. Amma, İranın bu hərəkətlərində bir Azərbaycan və Türk düşmənçiliyi açıq şəkildə görülməkdədir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şaahbazi səsləndirib. O bildirib ki, Azərbaycan və Türkiyənin öz maraqları və öz xarici siyasəti var:
"İranın da maraqlarında qısqanclıq və düşmənçilik mövqeyi yer alır. Hətta separatizmə dəstək və meyillilik hiss olunur. Biz, bu kimi siyasəti həyata keçirməyə cəhd edənləri çox gördük. Nümunə olaraq Ermənistan və Rusiyanı göstərmək olar. Aqibəti də göz önündədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31