Rəsmi Tehran ölkə daxilindəki milli azadlıq hərakatlarının fərqindədir
21 Oktyabr 2022 10:56 GüneyBu, molla fars rejiminin sonu deməkdir
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan əyalətində kütləvi hərbi təlimlər keçirir. Bu arada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanla Ermənistan arasındakı münaqişədən danışarkən bildirib ki, İran Ermənistanla əlaqəsinin kəsilməsinə imkan verməyəcək. Bu məqsədi təmin etmək üçün İran İslam Respublikası həmin bölgədə hərbi təlimlərə başlayıb. Məlumat üçün qeyd edək ki, hərbi-siyasi ekspertlər tərəfindən sözügedən təlim ölkmizə qarşı təhdid kimi dəyərləndirir və bunun məqsədli şəkildə təşkil edildiyi bildirilir. Hüquqşünas Vüqar Dadaşov qeyd edib ki, Tehran fars rejimi növbəti dəfə Şimali Azərbaycanla sərhəddə, daha dəqiq Ermənistanın işğalından azad edilən ərazilərdəki sərhəddə hərbi təlimlərinə başlayıb. Təlimlərə rəhbərlik edən Tehran dövlətinin SEPAH Quru Qoşunları generalı Məhəmməd Pakpur təlimlərin Araz çayı üzərində körpülərin salınması, pilotsuz aparatların istifadəsi, yüksəkliklərin nəzarətə götürülməsi kimi vəzifələrin icrasının öyrənilməsi məqsədi daşıdığını bildirib: "General Pakpur bu üç kəlməlik açıqlaması ilə açıq şəkildə Tehran dövlətinin Azərbaycana qarşı təcavüz planlarının olduğunu göstərib. Tehran fars rejiminin keçən ilki analoji təlimlərini Azərbaycan prezidenti İlham Əliyev "çox təəccübləndirici" adlandıraraq, Azərbaycan ərazilərinin işğal altında olduğu müddətdə niyə təlim keçmədiyini sual edib. Təssüf ki, Tehran dövləti açıq riyakar açıqlamaları ilə hamıya bəlli faktları xarici qüvvələrlə əlaqələndirməyə çalışır. Bu dəfə də Tehran dövlətinin Azərbaycan Respublikasının Bakı şəhərindəki səfiri Abbas Musəvi eyni məzmunlu açıqlama verərək, rejiminin Azərbaycana qarşı genetik düşmənçiliyini maskalamağa çalışıb. Əslində isə Tehran dövlətinin aqressiv çıxışları "öz kölgəsindən qorxan"ın mənzərəsini yaradır. SEPAH generalı Pakpurun üç kəlməlik açıqlaması Tehran fars rejiminin Azərbaycana qarşı xain və düşmən planlarının mövcudluğunu publik göstərməklə, Azərbaycana açıq həddə-qorxu gəlməsilə özünün mövcudluğunu təmin edə biləcəyinə əmin olmadığını büruzə verir. Sözsüz ki, Tehran dövlətinin ölkədəki fars molla rejimi artıq dayanmaq imkanlarının tükəndiyini hiss edir. Ölkəni əhatə edən etiraz dalğası fonunda Tehran dövləti daxilindəki milli azadlıq hərakatlarının real güclənməsinin fərqindədir, ələlxüsus da aborogen əhalinin 50%-dən çoxunu təşkil edən Cənubi Azərbaycanın istiqlalı Tehran molla fars rejiminin və dövlətin sonu deməkdir".
Onun bildirdiyinə görə, Tehran dövlətində səngiməyən etirazlar fonunda bu dövlətin Rusiya-Ukrayna müharibəsinə Rusiya tərəfdən qoşulması və rus təcavüzünə dəstək verməsi təbii ki, ölkənin onsuz da çox çətin olan beynəlxalq vəziyyətini ağırlaşdırıb: "Baxmayaraq ki, Tehran dövləti təcavüzkar Rusiyaya hərbi kömək etməsini təkzibedilməz faktlar qarşısında da inkar edir. Artıq Ukrayna rəsmiləri Tehranın onlara qarş rus təcavüzünü dəstək verdiklərini elan edib. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi əsasən Qərb-Rusiya qarşıdurmasıdır, onda Qərbin Tehrana qarşı bundan sonra təzyiqlərinin artacağı şübhəsizdir. Onilliklərin aksioması kimi bəllidir ki, Şərqdə kürd millətçiliyi və terroru ilə bağlı kuratorluq ABŞ-a məxsusdur. Tehran dövləti ərazisində kürd regionlarından başlanan etirazların ABŞ-la əlaqəli olması istisna deyil. Tehran, Rusiya dövlətinin onsuz da təbii tarixi dağılmaq prosesindən kənarda qalan deyil, sadəcə müəyyən zaman məsələsi mütləqdir. Tehran dövlətinin dağılması prosesi həm tarixi zərurət və həm də beynəlxalq geosiyasi vəziyyətdən asılı şəraitdədir. Odur ki, Tehran dövlətinin hansı təlim keçirməsindən, hansı aqressiv ritorikadan istifadə etməsindən asılı olmayaraq onun Azərbaycana qarşı çıxa bilməyəcəyi şübhəsizdir. Ordusunun və əhalisinin yarıdan çoxu azərbaycanlılardan ibarət olan Tehran dövlətinin Şimali Azərbaycan hədəsi özünüməhvə bərabərdir. Birdə ki, Tehran dövləti unutmamalıdır ki, dünyanın ən döyüşkən xalqı olan Azərbaycan xalqı Rusiyanın, Fransanın və onun özünün dəstəklədiyi Ermənistanı məğlub edəndə elə Tehran dövlətini də məğlub edib. Azərbaycan indi də isterik rəqs edən Tehran dövlətinə, onun ordusuna torpaq altında yer verməyə hazırdır".
Nurlan