İranda məşhur azərbaycanlı musiqiçi həbs edildi

Təbrizdə yaşayan musiqiçi Rza Əbdüləhi Pirəli həbs edilib.

Olaylar.az lent.az-a istinadən xəbər verir ki, musiqiçi, bağlama alətinin təlimatçısı, "Təbriz Bağlama Eli" musiqi məktəbinin sahibi Rza Əbdüləhi Pirəlinin evində axtarış aparılıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən noutbukları, mobil telefonları müsadirə olunub.

Onun həbsinin səbəbləri, ittihamları və köçürülmə yeri barədə hələ də ətraflı məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31