İranın terrora dəstək verən ölkə kimi tanınması beynəlxalq təşkilatlardan istənəcək - ÖZƏL

"Ukrayna Iranla diplomatik münasibətlərə son qoymağı düşünür. Kiyev Rusiyaya pilotsuz uçuş aparatları satan İranın terrora sponsorluq edən dövlət kimi tanınmasını beynəlxalq təşkilatlardan istəyəcək". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Kiyev bu məqsədlə BMT, NATO, ATƏT kimi təşkilatlara müraciət hazırlayır: "Tehran hələ də Rusiyaya dron satmadığını və ya nəyinsə əvəzinə vermədiyini bildirir. Halbuki, Ukrayna ordusu həmin dronların qalıqlarını toplamaqla məşğuldur. Rusiya həmin dronları böyük ehtimalla Xəzər üzərindən daşıyıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31