Yanğın nəticəsində 4 məhbus ÖLÜB
16 Oktyabr 2022 14:05 GüneyÖtən gecə İranın Tehran şəhərində "Evin" həbsxanasında baş verən yanğın nəticəsində 4 məhbus ölüb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Məhkəmə Sisteminin informasiya xidməti məlumat yayıb.
Həbsxanada yanğın nəticəsində 61 nəfər yaralanıb. Hazırda onlardan 10-u xəstəxanada müalicə alır və 4 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gecə Tehranın "Evin" həbsxanasında üsyan baş verib. Məhbuslar həbsxanadakı dərzilik sexini yandırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31