Elektrik satışı “Azərişıq”dan alınacaq?
21 Fevral 2023 12:22 EnergetikaGələcəkdə "Azərişıq" ASC elektrik enerjisi satmayacaq, bu forma beynəlxalq standartlara uyğunlaşdırılacaq.
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxış edən Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev deyib. Onun sözlərinə görə, "Azərişıq"dan elektrik enerjisinin satışı çıxarılacaq. Bundan əlavə, qurum yalnız satış deyil, alış da edə bilməyəcək: "Gələcəkdə "Azərişıq" yalnız bir fəaliyyətlə məşğul olacaq. Qurumda ancaq paylama funksiyası saxlanılacaq. Satış məsələsində isə rəqabət mühiti yaradılacaq. Burada satışı artıq özəl şirkətlər edəcək. Bununla da ölkədə enerji sahəsində özəl sektor olaraq rəqabət yaradılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31