Dağıstanla nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycana səfər çərçivəsində Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib.

"OLAYLAR"-a  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, görüşdə dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsi, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, sərhəd-keçid məntəqələrində yük nəqliyyat vasitələri səbəbindən yaranan növbələrin vaxtında və operativ həll üzrə birgə addımların atılmasının vacibliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31