Dünya

"Altın Kelebek"də daha bir qalmaqal: müğənni içəri buraxılmadı

15 Noyabr 2016 13:02

Bu ilki "Altın Kelebek" ən qalmaqallı mərasim kimi yadda qalacaq. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, növbəti qalmaqal müğənni Tuğba Ekinçi ilə bağlı olub. 2011-ci ildə Tarkan mükafat almaq üçün səhnəyə çıxanda Tuğba da səhnəyə çıxmış və onunla qalmaqal yaşamışdı. Bu səbəbdən bu il onun mərasimə qatılmasına qadağa qoyulub.

BMT Donald Tramp administrasiyası ilə sıx əməkdaşlığa ümid edir

15 Noyabr 2016 13:00

BMT ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə müxtəlif sahələrdə sıx əməkdaşlığa ümid edir. "Report" xəbər verir ki, bu barədə "Sputnik"ə təşkilatın baş katibinin müavini Yan Eliasson bildirib.

Ruhani Rusiyanın bu fikrini dəstəklədi

15 Noyabr 2016 12:58

İran Prezidenti Həsən Ruhani Rusiya ilə viza rejiminin ləğv olunması fikrini dəstəkləyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İran Prezidenti ilə görüşdən sonra deyib.

Vanda şübhəli şəxslər

15 Noyabr 2016 12:48

Ötən gün Türkiyənin Van bölgəsinin Gürpınar rayonunda Türk Silahlı Qüvvələri apardıqları operativ axtarış əməliyyatları zamanı avtomobilə yerləşdirlimiş 1 ton ağırlığında partlayıcı qurğunun yerini müəyyən ediblər. Silahlı Qüvvələr avtomaşınla  birgə bombanı da zərəsizləşdiriblər. Səs gətirəcək bir terror aksiyasının hazırlığının aparıldığını öyrənən hüquq -mühafizə orqanları dərhal hərəkətə keçiblər. Olaya qarışan şübhəli şəxslərin  bir qismi saxlanıb.

Silah aşkarlanıb

15 Noyabr 2016 12:38

Səudiyyə Ərəbistanına aid olan hərbi gəmilər Yəmənin Əl-Səif limanına gedən iki İran qayığının saxlandığını bildiriblər. Qayıqlarda aparılan axtrarış zamanı çoxlu sayda silah – sursat və rabitə vasitələri aşkarlanıb. Silahların üsyançı husilərə göndərildiyi gələn xəbərlər sırasındadı. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu paylaşıb.

İngiltərə millisində yeni baş məşqçi

15 Noyabr 2016 12:20

İngiltərə millisinin yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası Qaret Sautqeyti baş məşqçi postunda təsdiqləyib.

Almaniyada vəhhabilərə qarşı böyük əməliyyat

15 Noyabr 2016 12:15

Almaniya polisi sələfilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat ölkənin qərbində və Berlin şəhərində aparılır. Polis xüsusilə Almaniya şəhərlərində Quran paylayan "Əsl din" sələfi qruplaşmasına məxsus ərazilərdə yoxlamalar keçirir. İndiyə qədər təşkilata məxsus 200-ə yaxın mənzil və ofisdə yoxlamalar aparılıb. Ən böyük yoxlamalar Berlin, Qessen, Frankfurt, Vestfaliya, Bavariya, Aşağı Saksoniya, Baden Vyurtemberq, Şlezviq, Hamburq, Bremendə baş tutub.

İstanbulda böyük əməliyyat - Bu dəfə narkotacirlərə qarşı

15 Noyabr 2016 12:10

İstanbul polisi narkotacirlərə qarşı böyük əməliyyata başlayıb. Olaylar.az Trend-ə istinadən bildirir ki, İstanbul Şəhər Təhlükəsizlik İdarəsindən verilən məlumata görə, əməliyyat çərçivəsində saxlanılan narkotacirlər arasında Türkiyə vətəndaşları ilə yanaşı, vətəndaşlığı açıqlanmayan xarici ölkə vətəndaşları da var.

Yıldırım dekabrın əvvəlində Rusiyaya səfər edəcək

15 Noyabr 2016 12:09

Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın ilk həftəsində Rusiyaya səfər edəcək. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin "Yenisafak" qəzeti yazıb. Məlumata görə, rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdə B.Yıldırım iki ölkə arasında münasibətlərin daha da normallaşdırılması istiqamətində növbəti addımları müzakirə edəcək.

Dünya şokda: Hamilə ikən hamilə qaldı

15 Noyabr 2016 12:05

2006-cı ildə polikistik over sindromu diaqnozu qoyulan Keyt Hill adlı qadın və həyat yoldaşı Peterövlad sahibi olmaq istəyiblər.

Hasilatın dondurulması üzrə danışıqların son mərhələsinin başlanması nefti bahalaşdırır

15 Noyabr 2016 11:40

Dünya birjalarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.

Fahriye Evcen yeni serialla ekranlara qayıdır

15 Noyabr 2016 11:24

Türkiyədə yeni serialın çəkilişlərinə başlanılıb. Milli.Az "Sözcü"yə istinadla bildirir ki, bu serialın baş rollarına Engin Akyürek, Sarp Levendoğlu vəFahriye Evcen çəkiləcəklər.

"Zara"dan paltar aldı, içindən siçan leşi çıxdı

15 Noyabr 2016 11:22

"Paltarı evə gətirib geyinəndə pis qoxu hiss etdim. Paltar leş iyi verirdi. Əvvəl fikir vermədim o iyə". Milli.Az New York Daily News-a istinadən bildirir ki, Nyu-York sakini Kayli Fisel "Zara" şirkətini məhkəməyə verib. Onun dediyinə görə, Konnektikut ştatındakı Qrinviç şəhərində yerləşən "Zara" dükanından aldığı donun içindən siçan leşi çıxıb.

Rusiyada daha 2 İŞİD-çi tutuldu

15 Noyabr 2016 11:19

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD-lə bağlı olan 5 nəfəri tutub. Onlar İnquşetiya və Moskvada terror aktları hazırlamaqda şübhəli bilinirlər. Milli.Az TASS-a istinadən bildirir ki, həmin şəxslərdən istifadəyə hazır və hər biri 10 kq trotil ekvivalentində 2 əldəqayırma partladıcı qurğu, kustar elektrodetonatorlar və s. götürülüb.

Köhnə divan aldılar, içindən 41 min dollar tapdılar

15 Noyabr 2016 11:07

Amerikada maraqlı olay baş verib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Nyu-Yorkdakı binaların birində kirayə qalan tələbələr evə mebel almaq istəyiblər. Lakin onların yeni mebel almağa pulları çatmayıb. Buna görə də tələbələr işlədilmiş, köhnə divan alıblar.