Dünya

Dünya bunu da GÖRƏCƏK: 30 yaşa qədər…

21 May 2018 19:48

Gələcəkdə 30 yaşa qədər dövr uşaqlıq dövrü hesab ediləcək. Bu haqda Rusiyanın Səhiyyə Nazirliyinin başçısı Veronika Skvortsova bildirib. “Uşaqlıq, Böyük Vətən Müharibəsinin başlanğıcında 14 il, 1960-cı illərdə 16 il təşkil edirdi, indi isə bütün dünyada 21-ci ildir. Gələcəkdə ən azı 25-30 il olacaq”, - Skvortsova bildirib.

ABŞ-dan Gürcüstana tam dəstək: Rusiyaya çağırış...

21 May 2018 19:45

ABŞ Gürcüstanı qəti olaraq dəstəkləyir və bu möhkəm dəstək davam etdiriləcək. Bunu ABŞ Dövlət katibi Mayk Pompeo Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra bildirib.

Taliban hücuma keçdi: 86 kənd ələ keçirildi, türkmənlər qaçdı

21 May 2018 19:24

Əfqanıstanla Türkmənistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində türkmənlər öz evlərini tərk ediblər.

Yaponiya ilk dəfə ABŞ-dan mayeləşdirilmiş şist qazı alıb

21 May 2018 19:22

Yaponiyada təbii qaz tədarükçüsü olan “Tokio Gas” şirkəti uzunmüddətli satış müqaviləsi çərçivəsində ABŞ-dan mayeləşdirilmiş şist qazı idxal edib.

Qazaxıstanda çay qırmızı rəngə boyandı - VİDEO

21 May 2018 18:35

Qazaxıstanın Almatı şəhərində axan Almatinka çayı qırmızı rəngə boyanıb.