Dünya
Diyarbəkirdə izdiham: Ərdoğana kafedə...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı münaisbətilə vətəndaşlara sürpriz etməyə davam edir. Prezident bu dəfə Diyarbəkir şəhərində keçirilən “Qənaət Liderləri İftar Proqramı”na qatılıb. İftardan sonra isə bir kafeyə daxil olaraq vətəndaşlarla görüşüb.
ABŞ-da marafon zamanı qadın atəş açdı
Daha bir türkiyəli məşhur həbs olunub?
Türkiyəli müğənni Haluk Heventin həbs olunması barədə xəbərlər yayılıb. Sənətçinin "rəsmi sənədlərdə saxtakarlığ"a yol verdiyi üçün polis tərəfindən saxlanıldığı iddia olunub. Otellərdən birində qeydiyyata düşmək istəyərkən illər əvvəl saxta sənəd üzündən axtarışa verildiyi məlum olan Levent ifadəsindən sonra sərbəst buraxılıb.
Bu da oldu - Öz avtomobilində dəfn edildi+Video
Çinin Şimalında yerləşən Hebei əyalətində maraqlı hadisə baş verib. Qi soyadlı bir kişi ölümündən öncə son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib. Mərhumun son vəsiyyətini yerinə yetirmək qərarına gələn qohumları onu gümüşü rəngli "Hyundai Sonata" markalı avtomobili ilə dəfn ediblər.
Azərbaycan Əfqanıstandan Avropaya daşınan narkotrafiki kəsir
Ermənilər təlaşda: Azərbaycan prezidenti ABŞ-a gedir
Türkiyəyə acı xəbər: 3 şəhid
Türkiyənin Hakkari vilayətində PKK terror qruplaşması ilə qarşıdurmada üç türk hərbçisi şəhid olub. Bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb. Hadisə nəticəsində daha bir hərbçinin yaralandığı da bildirilir. Terrorçular hücum zamanı tank əleyhinə silahdan da istifadə ediblər.
Suriyada əməliyyatların ikinci mərhələsi başladı
ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriya demokratik qüvvələri” qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı “Sürək” adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb. Bu barədə bazar günü koalisiya məlumat yayıb.
Putinin qorunması üçün hava məkanı da bağlanacaq
Avstriya hökuməti Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə iyunun 5-nə planlaşdırılmış səfəri ilə əlaqədar Vyanada hava məkanını bağlayacaq. Bu barədə Avstriyanın Müdafiə Nazirliyinin rəsmisi Mixael Bauer “Twitter” hesabında bildirib.
Fələstindən Messiyə ÇAĞIRIŞ: İsraillə oynama, yoxsa...
Fələstin Futbol Federasiyasının (FFF) prezidenti Cibril Racub ərəb və müsəlmanları İsrail yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyi təqdirdə Argentina millisi və "Barselona" klubunun hücumçusu Lionel Messinin foto və futbolkalarını yandırmağa çağırıb.
Nəcməddin Ərbakanın oğlu yeni partiya qurur
Türkiyənin keçmiş baş naziri, Rifah Partiyasının qurucusu Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakan siyasətə qayıtdığını elan edib. Fatih Ərbakan iyul ayında yeni partiya quruculuğuna başlayacağını, sentyabrda qurultay keçiriləcəyini, 2019-cu ilin martında isə bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib.
“Apple”, “Google”, “Microsoft” kimi nəhəng şirkətlərin iş görüşməsində verdiyi suallar
Son illərdə dünyanın ən prestijli şirkətləri halına gələn texnologiya şirkətlərində işləmək yeni nəslin gerçəkləşməsini ən çox istədiyi xəyalıdır. Bu şirkətlərdə işə qəbul şərtləri və müsahibədə verilən suallar asan olmaqla yanaşı, həm də qəribə və çaşdırıcıdır.
Hərbi hissədə kütləvi zəhərlənmə - 52 əsgər xəstəxanalıq oldu
Türkiyədə hərbi hissədə kütləvi zəhərlənmə baş verib. Zəhərlənmə halı Dənizli Briqada Komandanlığında qeydə alınıb.
1963-cü ilin “Ferrari”si 70 milyon dollara satılıb
1963-cü il istehsalı olan “Ferrari” markalı yarış avtomobili rekord 70 milyon dollar qiymətinə satılıb ki, bu da bütün dövrlər ərzində satılan ən bahalı maşındır.














