Dünya

Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi

7 İyun 2018 15:07

Əfqanıstan Prezidenti Əşrəf Qəni “Taliban” terror təşkilatı ilə müvəqqəti atəşkəs elan olunduğunu açıqlayıb.

Pakistanda hərbi helikopter qəzaya uğradı

7 İyun 2018 14:51

Pakistanın şimal-qərbindəki Kvetta şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Cənubi Koreya və KXDR cüdoçuları dünya çempionatında vahid bayraq altında çıxış edəcəklər

7 İyun 2018 14:41

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) cüdo üzrə yığma komandaları bu il Bakıda keçiriləcək dünya çempionatında vahid bayraq altında çıxış edə bilərlər.

Böyük əməliyyat hər an BAŞLAYA BİLƏR – 5 bəndlik PLAN

7 İyun 2018 14:38

Türkiyə Silahlı Qüvvələri Afrindən sonra PKK-nın əsas bazası olan Qəndili təmizləmək üçün hərəkətə keçib. Şimali İraqakeçən “Mehmetçik” terror yuvasını mühasirəyə alıb və Qəndili açıq hava həbsxanası halına gətirib.

Aksiyaçılara atəş əmrini o verdi - General Köçəryanı satdı

7 İyun 2018 14:35

Ermənistan hüquq mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri general-mayor Qriqor Qriqoryanı dindiriblər. Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, Qriqoryan dindirilmə zamanı etirazçılara atəş əmrini eks-prezidenti Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə, onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib.

Türkiyə öz Dəmir Qübbəsini hazırlayır - Foto

7 İyun 2018 14:34

Ölkəmizi havadan gələcək istənilən hücuma qarşı qorumaq üçün fəaliyyətimizə davam edirik. Sosial şəbəkə hesabında bu sözləri yazan Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir ölkənin yerli hava hücumundan müdafiə sistemləri ilə bağlı infoqrafika yayımlayıb.

Almaniyada yeni qalmaqal

7 İyun 2018 14:23

Paşinyan: “Qarabağlı deyiləm, deməli Dağlıq Qarabağın adından danışıqlar apara bilmərəm”

7 İyun 2018 13:37

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlarda konstruktiv mövqeyini saxlayacaq, ancaq Dağlıq Qarabağın iştirakı olmadan bu danışıqlar effektiv olmayacaq. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin proqramının müzakirəsi zamanı deyib.

Niderland kraliçasının 32 yaşlı bacısı ölü tapıldı

7 İyun 2018 13:35

Niderland kraliçası Maksima İnesin kiçik bacısı Argentinada ölü tapılıb. Hadisə dünən, iyunun 6-da baş verib.

“Boeing” İrana təyyarə satmaqdan imtina etdi

7 İyun 2018 13:32

Amerikanın ən böyük təyyarə istehsalçısı olan “Boeing” şirkəti İrana sərnişin təyyarələrinin satışı ilə bağlı Tehranla bağladığı müqaviləni ləğv edib. Şirkət bununla bağlı bəyanat yayıb.

“İraq və Suriyada öldürdüyümüz mülki vətəndaşların sayını bilmirik” — ABŞ-dan dəhşətli etiraf

7 İyun 2018 13:28

ABŞ-ın müdafiə nazirliyinin etiraf kimi açıqlaması dünya mətbuatını şoka salıb.

Məmurların kütləvi həbsi

7 İyun 2018 13:26

Belarusda korrupsiya ittihamı ilə bir neçə məmur həbs edilib.

Yıldırımın polis dəstəsinə dəhşət üz verdi: 16 əsgər, 2 polis...

7 İyun 2018 13:23

Türkiyənin Qars şəhərində müayinə üçün əsgərləri xəstəxanaya aparan mülki mikroavtobusla Qarsa səfər edəcək Baş nazir Binəli Yıldırımın təhlükəsizliyini təmin edəcək polis dəstəsinə aid avtomobil toqquşub. Hadisə nəticəsində 16 əsgər və 2 polis əməkdaşı yaralanıb.