Almaniyada yeni qalmaqal

Almaniyanın Qaçqınlar və Mühacirlər üzrə Federal İdarəsi (BAMF) qalmaqallı olayla sarsılıb.

İdarənin Bremendəki şöbəsinin minlərcə insana qanunsuz olaraq qaçqın və mühacir statusu verildiyi ortaya çıxıb. Almaniya Daxili İşlər Nazirliyi qaçqın statusunun müəyyən miqdar rüşvət qarşılığında verildiyindən şübhələnir. Məsələn müəyyən edilib ki, Bremenin Hildshaym rayonunda bir vəkil min avro məbləği qarşılığında bəzi şəxslərə qaçqın və mühacir statusu verilməsini təşkil edirmiş. Çox maraqlıdır müəyyən edilib ki, məsələ Bremendə İrqadan glən şəxslərin 94 faizinə qaşqın stausu verilib. Qalmaqalın əsas  qəhrəmanı sayılan Bremen BAMF idarəsinin sabiq müdirəsi Ulrika B çıxış etməkdədir. Sabiq müdirənin 1200-dən çox şəxsə qanunsuz olaraq qaçqın və mühacir statusu verdiyi müəyyən edilib. Qaçqın və mühacir statusu alanların bir çoxunun ekstremist təşkilatlarla əlaqəsi olduğu bildirilir. İdarənin bəzi əməkdaşları bu şəxslərin qaçqın və mühacir statusu almalarını " təsadüf" olaraq qiymətləndirdiyi bildilir.

Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31