Aksiyaçılara atəş əmrini o verdi - General Köçəryanı satdı

Ermənistan hüquq mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri general-mayor Qriqor Qriqoryanı dindiriblər. Bu barədə məlumatı “Jamanak” qəzeti yayıb. Qəzetin iddiasına görə, Qriqoryan dindirilmə zamanı etirazçılara atəş əmrini eks-prezidenti Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə, onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib.

Ermənistan hüquq mühafizə orqanları Daxili Qoşunların keçmiş rəhbəri general-mayor Qriqor Qriqoryanı dindiriblər.

Bu barədə məlumatı "Jamanak" qəzeti yayıb. Qəzetin iddiasına görə, Qriqoryan dindirilmə zamanı etirazçılara atəş əmrini eks-prezidenti Robert Köçəryanın verdiyini etiraf edib. Qriqoryan Köçəryan prezident olduğuna görə, onun əmrinə tabe olmaq məcburiyyətində qaldığını deyib.

General şəxsi təhlükəsizliyi üçün Köçəryanın danışığını gizli şəkildə qeydə aldığını da söyləyib. O, səs yazısını istintaqa sübut kimi verə biləcəyini də vurğulayıb.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də prezident seçkisindən sonra saxtakarlığa etiraz edən etirazçılara açılan atəş nəticəsində 9 nəfər ölmüş, 200 nəfər yaralanmışdı.

Köçəryanın bu addımının araşdırılmasına Serj Sərkisyanın hakimiyyəti dönəmində izn verilməyib. Paşinyan hakimiyyətə gəldikdən sonra aktivistlər 1 mart hadisələrinin araşdırılmasını tələb etməyə başlayıb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31