Dünya

Kraliça qalmaqallı qanun layihəsini imzaladı: İngiltərə...

27 İyun 2018 10:23

İngiltərə kraliçası II Yelizaveta ölkəsinin Avropa İttifaqından çıxış prosesi olan “Brexit” qanunu imzalayıb. Qqanun layihəsi Avropa İttifaqının İngiltərənin daxili siyasəti üzərindəki təsirinə son verəcək. Qanunun qüvvəyə minməsindən sonra yeni dəyişikliklər həyata keçirilməsi zərurəti yaranacaq. “Brexit” sonrası daxili siyasətdı, təxminən, 20 000 dəyişikliyin həyata keçirilməsi gözlənilir.

Türkiyədən PKK-ya növbəti ağır zərbə

27 İyun 2018 10:06

Türkiyə Hərbi Hava qüvvələri İraqın şimalında 8 PKK terror qruplaşmasının üzvünü məhv edib.

ABŞ qadınlar üçün təhlükəli ölkə sayıldı

27 İyun 2018 10:03

ABŞ Afrika ölkələriylə birlikdə səyahət edən qadınlar üçün təhlükəli ölkə sayılıb. Bu barədə “Thomson Reuters” vəqfi məlumat verib.

Parlament ictimai yerlərdə ÇARŞABA QADAĞA QOYDU

27 İyun 2018 09:54

Niderland parlamentinin yuxarı palatası üzü gizlədən müsəlman geyim elementlərinin ictimai yerlərdə geyinilməsinə qadağa qoyub. Söhbət pərəncə və çarşabdan gedir. Eyni zamanda ictimai yerlərdə yalnız saçları örtən hicabların geyinilməsinə hələ də icazə verilir.

Əsəd: Türkiyəni Suriyaya ABŞ göndərdi

26 İyun 2018 20:46

Suriya prezidenti Bəşər Əsəd “peyk dövlətlər” olaraq adlandırdığı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin, Suriyada rəhbərliyi “gözlənilməz bir inqilab bəzəyi” verərək dəyişdirməyə çalışdığını amma bunu bacarmadıqlarını söyləyib.

Türkiyədən ABŞ-a şok qərar - Əlavə vergi tətbiq etdi

26 İyun 2018 20:30

Türkiyə hökuməti ABŞ istehsalı olan məhsulların ölkəyə idxalına əlavə vergi tətbiq etməyə başlayıb. Həmin məhsullar meyvə, düyü, digər qidalar, spirtli içkilər, tütün yarpağı, minik avtomobilləri, gözəllik və makiyaj mallarıdır.

İsrail parlamenti erməniləri yenə məyus etdi

26 İyun 2018 18:48

İsrail Knessetindəki hakim koalisiya “Merets” partiyası tərəfindən irəli sürülmüş 1915-ci ildə Osmanlı imperiyası tərəfindən “ermənilərin soyqırımı” törədilməsi ilə bağlı qanun layihəsini qəbul etməyib.  Səsvermə təxirə salınıb və qanun layihəsi geri qaytarılıb.

“Piper Computer Kit” uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək

26 İyun 2018 18:24

“Piper Inc” şirkəti uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək “Piper Computer Kit” adlı kompüter təlim dəstini təqdim edib. Dəstə 160 detal, o cümlədən “Raspberry Pi 3” mikrokompüteri, 800х480 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 6 min milliamper/saat tutumlu akkumulyator, dinamik, taxta korpus, quraşdırılmış əməliyyat sisteminə malik “microSD” yaddaş kartı və təlim proqram təminatı daxildir.