ABŞ qadınlar üçün təhlükəli ölkə sayıldı
ABŞ Afrika ölkələriylə birlikdə səyahət edən qadınlar üçün təhlükəli ölkə sayılıb. Bu barədə “Thomson Reuters” vəqfi məlumat verib.
27 İyun 2018 10:03 DünyaABŞ Afrika ölkələriylə birlikdə səyahət edən qadınlar üçün təhlükəli ölkə sayılıb.
Bu barədə "Thomson Reuters" vəqfi məlumat verib.
Vəqfin araşdırmasına görə, qadınlar üçün dünyanın ən təhlükəli ölkələri siyahısının 10-cu sırasında ABŞ yer alıb. Beləliklə, "qadınlar üçün dünyanın ən təhlükəli ölkələri" siyahısına Afrika ölkələri damğa vurarkən, Qərb ölkələrindən siyahıda yer alan yeganə ölkə Amerika olub.
İngiltərədə yerləşən "Thomson Reuters" vəqfi dünya miqyasında qadınların vəziyyətini araşdıran 550 mütəxəssislə aparılan araşdırma ortaya qəribə nəticələr qoyub.
Araşdırmaya görə, siyahının ilk sırasında Hindistandır. Hindistanı Əfqanıstan, Suriya, Somali, Səudiyyə Ərəbistanı, Pakistan, Konqo Demokratik Respublikası, Yəmən və Nigeriya , sonda isə ABŞ izləyib.
A24.az